Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:14

Serbiya kürdü Türkiyəyə ekstradisiya edib


Recep Tayyip Erdogan (sağda) və Aleksandar Vucic Belqradda, 11 oktyabr, 2017-ci il
Recep Tayyip Erdogan (sağda) və Aleksandar Vucic Belqradda, 11 oktyabr, 2017-ci il

Serbiya sığınacaq istəyən kürd siyasi fəalı Türkiyəyə ekstradisiya edib. Belqrad BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin xəbərdarlığına baxmayaraq bu addımı atıb.

Vəkili və polis əməkdaşlarının dekabrın 26-da bildirməsinə görə, Cevdet Ayaz Serbiya paytaxtında əcnəbilər üçün nəzərdə tutulmuş mərkəzdən aparılıb. Onun sığınacaq istəyi rədd olunandan sonra həmin mərkəzdə qalırdı.

Ayaz bu ilin əvvəlində Türkiyədən qaçıb. O, konstitusiyaya qarşı iddia olunan fəaliyyətə görə 15 illik cəzaya məhkum edilmişdi.

*** Buna da bax: Serbiyada azı 500 miqrant açıq havada yaşayır

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi dekabrın 18-də Serbiyanı Ayaz-ın ekstradisiyasından çəkinməyə çağırmışdı. Serbiya Avropa Birliyi üzvlüyünə namizəddir.

“QANUNAUYĞUN” DAVRANIŞ

Komitənin sədri Jens Modvig dekabrın 25-də Twitter-də Serbiyanı bu qurum qarşısındakı öhdəliklərini xatırlatmışdı.

Serbiya 1987-ci ildə qüvvəyə minmiş BMT-nin işgəncələrə qarşı konvensiyasını ratifikasiya edib.

Türkiyə işgəncə iddialarını rədd edir. Ankara da AB-yə üzv olmağa çalışır.

2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra Türkiyə prezidenti Recep Tayyip Erdogan minlərlə adamı həbsə atdırıb. İnsan haqları qrupları bildirirlər ki, o, çevriliş cəhdindən sonra elan olunmuş fövqəladə vəziyyətdən istifadə edərək narazı kürdləri və siyasi müxalifəti əzməyə çalışır.

*** Buna da bax: Erdogan-ın fərmanından niyə narahatdırlar

Serbiyanın adı çəkilməyə polis rəsmisi dekabrın 26-da “Reuters”ə deyib ki, məhkəmələr Türkiyənin Ayaz-ın ekstradisiyasından ötrü bütün şərtlərə əməl etməsi qənaətinə gəlib və Ədliyyə Nazirliyi də ekstradisiya zamanı qanunauyğun davranıb.

Rəsminin sözlərincə, BMT məhkəmə qərarlarından sonra hərəkətə keçib.

Serbiya Ədliyyə Nazirliyindən məsələyə münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, Serbiya prezidenti Aleksandar Vucic Türkiyəylə iqtisadi əlaqələri gücləndirməyə çalışır. Erdogan oktyabrda Belqradda olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG