Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 18:11

Serbiyada azı 500 miqrant açıq havada yaşayır


Serbiyada miqrantlar

Serbiyada azı 500 qaçqın və miqrant qeyri-adekvat şəraitdə, yaxud açıq havada yaşayır, qış yaxınlaşdıqca isə hava günbəgün sərtləşir. Bunu dekabrın 14-də Sərhədsiz Həkimlər təşkilatı bildirib.

Fransada mənzillənən qurumun məlumatına görə, təkcə Serbiyanın şimalındakı Sombor şəhərinin kənarında 100-dən çox miqrant meşədə yaşayır.

Miqrantların deməsinə görə, dövlətin maliyyələşdirdiyi düşərgələrdən kömək almaq istəyirlər, ancaq qorxurlar ki, Serbiyanın Macarıstan və Xorvatiyayla sərhədindən uzaqlaşmaq onların Qərbi Avropaya getmələrini əngəlləyər.

Qaçqın və miqrantlara görə məsuliyyət daşıyan Serbiya Qaçqın Komissarlığı isə iddia edir ki, Serbiyada qaçqınların qəbulu mərkəzlərində yetərincə yer var.

Rəsmi məlumata görə, hazırda bu mərkəzlərdə 4 min 150 nəfər yaşayır.

XS
SM
MD
LG