Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:52

Moskvadakı insidentdən sonra doqquz nəfər xəstəxanadadır


İnsident yeri

Dekabrın 25-də Moskvada sərnişin avtobusunun piyada keçidinə sürməsindən xəsarət almış doqquz nəfər xəstəxanadadır. Bunu rəsmilər dekabrın 26-da bildirib.

Hadisə zamanı azı dörd nəfər həlak olub. Ölənlər içində 12 yaşlı qız da var.

Xəstəxanada olanların xəsarətləri “ağır” və “orta ağır” sayılır.

İnsident zamanı avtobus piyada keçidinə sürüb, pilləkənlərə dəyərək dayanıb.

Sürücü dindirilmək üçün saxlanılsa da, hüquq-mühafizə orqanları terror versiyasını istisna ediblər.

Onlar hadisəyə ya texniki nasazlığın, ya da sürücünün idarəetməni itirməsinin səbəb ola biləcəyini deyiblər.

Moskvanın meri Sergei Sobyanin şəhərdəki bütün sərnişin avtobuslarının yoxlanmasına göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG