Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:57

İranda akademikə qarşı ölüm hökmü qüvvədə saxlanıb


Ahmadreza Djalali həyat yoldaşı Vida Mehrannia ilə
Ahmadreza Djalali həyat yoldaşı Vida Mehrannia ilə

İran Ali Məhkəməsi casusluqda təqsirli bilinən isveçli akademikə qarşı ölüm hökmünü qüvvədə saxlayıb.

Əslən İrandan olan, Stokholm Karolinska İnstitutunun tədqiqatçısı Ahmadreza Djalali ötən ilin aprelində Tehranda konfransa gələrkən saxlanıb. O, casusluq və “Allahla düşmənçilik”də şübhəli bilinib, sonuncunun cəzası ölüm hökmü idi. Daha sonradan akademik bu ittihamlarda təqsirli bilindi.

İSRAİLLƏ ƏMƏKDAŞLIQ İTTİHAMI

Amnesty International insan haqları qrupu və Djalali-nin həyat yoldaşı bu ayın əvvəlində deyirdi ki, vəkillərə Ali Məhkəmənin akademikə qarşı ölüm hökmünü qüvvədə saxladığını bildiriblər.

Dekabrın 25-də Tehranda prokuror Abbas Jafari Dolatabadi deyib ki, Ali Məhkəmə bu yaxınlarda Djalali-yə qarşı ölüm cəzasını qüvvədə saxlayıb. Xəbəri İran ədliyyəsinin xəbər saytı olan Mizan yayıb.

Hökmdə Djalali-nin İsrail hökumətiylə işlədiyi qeyd olunur.

Mizan Dolatabadi-yə istinadla yazıb ki, Djalali Mossad agentləriylə dəfələrlə görüşdüyünü, İranın nüvə və müdafiə planları və personalı haqda informasiya ötürdüyünü, Müdafiə Nazirliyinin kompüter sistemlərini viruslara yoluxdurulmasına yardımçı olduğunu boynuna alıb.

*** Buna da bax: İranlı akademik etirafa məcbur edildiyini deyir

Dekabrın 17-də dövlət televiziyası Djalali-nin İranın nüvə alimləri barədə xarici kəşfiyyat xidmətinə informasiya ötürdüyünü “etiraf edib”.

NOBEL MÜKAFATÇILARININ ÇAĞIRIŞI

Ancaq daha sonra yayılmış səs yazısında Djalali bu etirafı psixoloji təzyiq altında etdiyini deyib. O, ittihamları danırdı.

Beynəlxalq insan haqları qrupları Djalali-nin həbsini pisləyiblər. İsveç oktyabrda ölüm hökmünü pisləyib, məsələni İranın təmsilçiləriylə qaldırdığını bildirib.

Ötən ay 75 Nobel mükafatı laureatı İran hakimiyyətini Djalali-ni azad etməyə, onun “bəşəriyyətin xeyrinə elmi işini davam etdirməsinə” imkan verməyə çağırıb.

46 yaşlı Djalali-nin İran vətəndaşlığı olsa da, İsveçin daimi vətəndaşıdır.

“Nature” dərgisi yazır ki, o, silahlı terrorçuluq, radioloji, kimyəvi və bioloji hədələrə qarşı xəstəxanaların reaksiyasının təkmilləşdirilməsi üzərində işləyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG