Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:39

Polis rəisinin müavininə görə 5 il həbs cəzası


Foto illüstrasiya

İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılovu təcavüzdə suçlayan qadının özünə 5 il həbs cəzası verildi. Elə həmin rəis müavininin şikayəti əsasında.

Dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Vəfa Dadaşovaya hökm oxunub. O, P.İsmayılovu şantaj edib, ondan pul tələb etməkdə təqsirli hesab olunub. Buna görə Dadaşovaya CM-nin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham verilib.

V.Dadaşova özünü təqsirli bilmir. İfadəsində də deyib ki, rəis müavini bihuşedici maddə verib onu halsızlaşdırıb, bundan sonra isə dostu ilə birlikdə təcavüz edib. Onun sözlərinə görə, həmin hadisədən sonra səhhətində müəyyən problemlər yaranıb. Rəis müavini də ona müalicə olunması üçün hər dəfə 300, 2000 və 3500 manat olmaqla, üç dəfə pul verib. Dördüncü dəfə əməliyyat üçün 6 min manat verəcəyini deyərək görüşə çağırıb.

***Buna da bax-Polis rəisinin müavinini təcavüzdə suçlayan qadın həbs olunub

Təqsirləndirilən qadın söyləyir ki, görüşdükləri restoranda pulu alıb çıxanda onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Məlum olub ki, P.İsmayılov ondan şikayət edib.

Rəis müavini də etiraf edir ki, həmin qadınla münasibətləri olub. Amma sonradan qadın bu münasibətlər haqda məlumatları yaymaqla onu hədələyib. Zərərçəkmiş qismində tanınan P.İsmayılov onu da təsdiqləyir ki, bir neçə dəfə məcbur olub, qadına pul da verib.

Məktəbəqədər uşaqların hazırlığı ilə məşğul olan Dadaşova istintaq dövründə həbsdə olmayıb. O, məhkəmənin hazırlıq iclasında həbs olunmuşdu.

Prokuror V.Dadaşovanın 6 il azadlıqdan məhrum edilməsini istəmişdi, məhkəmə isə bir il az cəza verdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG