Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:56

Kərkük-Ceyhan kəmərinə şirkətlər dəvət olunur


İraq, arxiv fotosu

Dekabrın 24-də İraqın Neft Nazirliyi neft şirkətlərini şimaldakı Kərkük şəhərindən Türkiyənin Ceyhan limanına yeni kəmərin tikintisində iştiraka dəvət edib.

Dövlətə məxsus Neft Layihələri Şirkəti bildirib ki, 350 kilometrlik kəmərlə gündə 1 milyon barrel neft daşınacaq.

Nazirlik layihəylə maraqlanan şirkətlərin ərizələrini təqdim etmələri üçün yanvarın 24-nü son tarix qoyub.

Bu kəmər günə 1,6 milyon barrel neft daşımaq gücündə olan köhnə kəmər boyunca çəkiləcək. Əvvəlki boru 2014-cü ildə yaraqlıların hücumları nəticəsində ciddi ziyan görüb və işləmir.

İraq neft rezervlərinin miqyasına görə dünyada dördüncü yerdədir.

İslam Dövləti silahlı qruplaşmasıyla mübarizədə bu ölkənin neft və digər infrastrukturuna ciddi ziyan dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG