Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 23:38

Benzinin aksiz vergisi 200 dəfə qalxdı


Yanacaqdoldurma məntəqəsi

Azərbaycan ərazisinə gətirilən mühərrik benzinlərinə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb.

Bu, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, gələn il yanvarın 23-də qüvvəyə minir.

Aviasiya benzinləri istisna ilə, tərkibində qurğuşunun miqdarı 0.013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərə aksiz dərəcəsi 1 tona 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0.013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə tətbiq olunan aksiz dərəcəsi də 200 dəfə artırılıb. Başqa mühərrik benzinlərində isə qiymətlər dəyişilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG