Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:19

Gürcüstanın maliyyə naziri Azərbaycandadır


Mamuka Baxtadze

Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Bakıda səfərdədir. Onun ikitərəfli əməkdaşlığın genişləndirilməsi və tranzit layihələrinin həyata keçirilməsi ilə bağlı danışıqlar apardığı bildirilir.

M.Baxtadzeni dekabrın 22-də prezident İlham Əliyev və maliyyə naziri Samir Şərifov qəbul edib.

Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, hər iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın bu işə verdiyi töhfə qeyd olunub.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi qlobal layihələrə toxunulan görüşlərdə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun regional və beynəlxalq iqtisadi əməkdaşlıq baxımından önəmi vurğulanıb.

Gürcüstanın maliyyə naziri M.Baxtadzenin Azərbaycanın vergilər naziri Mikayıl Cabbarovla da görüşü gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG