Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

ABŞ Ukraynanın yüngül silahlar almasına lisenziya verir


Avdiyivka kəndində Ukrayna silahlı qüvvələrinin üzvləri, arxiv fotosu
Avdiyivka kəndində Ukrayna silahlı qüvvələrinin üzvləri, arxiv fotosu

ABŞ Dövlət Departamenti Ukraynanın Birləşmiş Ştatlardakı istehsalçılardan yüngül silahların müəyyən növlərini və kiçik silahlar almasından ötrü ixrac lisenziyasını təsdiqlədiyini bildirir.

Qurumun sözçüsü Heather Nauert dekabrın 20-də deyib ki, dekabrın 13-də Konqresə bu qərarla bağlı bildiriş göndərilib.

Lisenziyaya yarıavtomat və avtomat silahlar, silah hissələri daxildir.

Ancaq Ukraynaya Javelin antitank raketləri kimi daha ağır silahların satışına icazə verilmir. Kiyev Vaşinqtondan bu silahlardan istəyir, ölkənin şərqindəki Donetsk və Luqansk regionlarında rusiyapərəst separatçılarla döyüş qabiliyyətini gücləndirməyə çalışırdı.

*** Buna da bax: BMT Baş Assambleyası Ukraynanın ‘Krım qətnaməsini’ dəstəklədi

FƏRQLİ YANAŞMALAR

Lisenziyanın təsdiqlənməsinin əhəmiyyəti fərqli dəyərləndirilir.

“The Washington Post” Dövlət Departamentinin qərarını “Birləşmiş Ştatlardan Ukraynaya öldürücü müdafiə silahlarının ilk kommersiya satışı”, indiyədək yürüdülən siyasətdən “açıq şəkildə əl çəkmək” adlandırıb.

Dövlət Departamenti və digər media orqanları isə bunun əksini bildirirlər.

Əvvəlki iki administrasiya dövründə də ABŞ hökuməti Ukraynaya ixrac lisenziyasını təsdiqləyib”, – Nauert deyib.

Reuters” yazır ki, Dövlət Departanmentinin sənədlərində Ukraynanın bir neçə ildir yüngül və kiçik silahlar aldığını göstərir, bu, Rusiyanın 2014-cü ilin martında Krım regionunun tutmasından öncəyə və sonraya təsadüf edir.

Nauert-in sözlərinə görə, ABŞ hökuməti Ukraynaya öldürücü müdafiə avadanlığı verməyib, ancaq bunu istisna da etməyib.

ABŞ ordu komandiri, general Joseph Dunford bu ilin əvvəlində deyirdi ki, Birləşmiş Ştatlara Ukraynaya öldürücü müdafiə silahları verməyi tövsiyə edib və məqsəd ölkəyə “suverenliyini qorumaqda” kömək göstərməkdir.

UKRAYNA JAVELİN İSTƏYİRDİ

Ukrayna hakimiyyəti özəlliklə daşınan Javelin raketləri istəyirdi.

ABC News ötən ay xəbər verirdi ki, aparıcı müşavirləri prezident Donald Trump-a Ukrayna müdafiə silahlarının satışı üçün 47 milyon dollarlıq plan təqdim edəcək.

ABC News noyabrın 18-də Dövlət Departamentindəki mənbəyə istinadla, təklif olunan paketə Javelin-lərin də salındığını yazırdı.

2014-cü ilin aprelində Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox adam həlak olub.

*** Buna da bax: Mogherini Ukraynadakı vəziyyətin ‘kəskin pisləşməsi’ barədə xəbərdarlıq edir

ABŞ-ın Ukraynanın şərqində sülh üzrə elçisi Kurt Volker dekabrın 19-da bu ilin münaqişədə “ən zorakı il” olduğunu bildirib və zorakılıqların artacağı barədə xəbərdarlıq edib.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini dekabrın 20-də münaqişə zonasında humanitar və təhlükəsizlik durumunun “kəskin pisləşməsi” xəbərdarlığıyla çıxış edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG