Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 06:21

Dekabrın 22-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin gözlənir. Cənub-qərb küləyinin, gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Dekabrın 22-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti təxmin edilir.

Dekabrın 22-dən 25-i gündüzədək bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG