Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:51

İran sanksiyaları işindəki şahidin ailəsinin həbsinə çalışırlar


Nyu York məhkəməsi, arxiv fotosu
Nyu York məhkəməsi, arxiv fotosu

İstanbulda keçmiş polis müstəntiqinin ailəsinin həbsinə order çıxarılıb. Səbəb Huseyin Korkmaz-ın ABŞ-da keçirilən İran sanksiyaları məhkəməsində ittihamçıları vacib dəlillə təmin etməsidir.

Türkiyə mediası dekabrın 20-də yazıb ki, Korkmaz-ın valideynlərinin həbsinə order onun məhkəmədəki ifadəsindən sonra çıxarılıb. Keçmiş polis əməkdaşı məhkəmədə deyib ki, 2013-cü ildə apardığı istintaqla bağlı sənədləri anasına verib.

*** Buna da bax: FTB agenti Türkiyə polisinə çağrılıb

Söhbət İranın ABŞ sanksiyalarından yayınmasına kömək edən mexanizmin məhkəmə istintaqından gedir.

Türkiyənin Anadolu agentliyi yazır ki, prokurorlar Korkmaz-ın həyat yoldaşını, özündən böyük qardaşını və iki bacısını da həbs etmək istəyirlər, ancaq polis onların ünvanını tapa bilməyib.

KORKMAZ-IN DA HƏBSİNİ İSTƏYİRLƏR

Korkmaz-ın məhkəmədə deməsinə görə, Türkiyə prezidenti Recep Tayyip Erdogan və digər yüksəkçinli məmurlar onun 2013-cü ildə apardığı istintaqın hədəfində olub və ötən il Birləşmiş Ştatlara qaçandan sonra təhqiqatla bağlı sənədlərin çoxunu ABŞ-da prokurorlara təqdim edib.

Nyu Yorkda keçirilən məhkəmə Birləşmiş Ştatların Erdogan-la əlaqələrini gərginləşdirib. Türkiyə prezidenti işi “siyasi motivli” adlandırıb, məqsədin onun hökumətini yıxmaq olduğunu deyib.

Türkiyə bu ayın əvvəlində Korkmaz-ı həbs etməyə çağırırdı. Çünki o, məhkəmədə Türkiyənin dövlət bankı olan Halkbank-ın keçmiş rəhbəri Mehmet Hakan Atilla-nın əleyhinə ifadə verib.

*** Buna da bax: Erdogan da İranın sanksiyalardan yayınmasına kömək edib?

ABŞ prokurorları Atilla-nı İranın ABŞ sanksiyalarından yayınmasına kömək etməkdə günahlandırırlar. Onun Türkiyə-İran biznesmeni Reza Zarrab-la əlbir olaraq İranın 1 milyard dollarlıq neft-qaz gəlirini saxta qızıl və ərzaq tranzaksiyaları vasitəsiylə yuduğu bildirilir.

Atilla təqsirkar olmadığını deyib, Halkbank da hər hansı qanunsuz tranzaksiyada iştirak etmədiyini bildirir. Ancaq günahını etiraf etmiş Zarrab cinayət işində şahid kimi çıxış etməyə başlayıb.

Dekabrın 20-də Menhettendəki məhkəmədə jüri məşvərətə başlayıb, ancaq günün sonunadək hökm elan olunmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG