Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:34

FTB agenti Türkiyə polisinə çağrılıb


Nyu Yorkda məhkəmə, arxiv fotosu
Nyu Yorkda məhkəmə, arxiv fotosu

Türkiyə polisi Federal Təhqiqatlar Bürosunun (FTB-FBI) əməkdaşını İran sanksiyaları işində verilmiş ifadəyə görə çağırıb. Söhbət ABŞ-da gedən məhkəmədə Türkiyə polisinin keçmiş müstəntiqinin verdiyi ifadədən gedir.

Türkiyə mediası dekabrın 13-də yazıb ki, İstanbuldakı ABŞ səfirliyinin FTB-dən olan təmsilçisi polisə çağrılıb. Səbəb Nyu Yorkda məhkəmədə Huseyin Korkmaz-ın dekabrın 11-də verdiyi ifadədir. O demişdi ki, 2013-cü ildə apardığı istintaqın əsas hədəfi prezident Recep Tayyip Erdogan olub. Korkmaz o zaman İrana ABŞ sanksiyalarından yayınmağa kömək edən sxemlə əlaqədar rüşvətxorluq və çirkli pulyumanı araşdırırdı.

*** Buna da bax: Erdogan da İranın sanksiyalardan yayınmasına kömək edib?

KORKMAZ FTB-DƏN 50 MİN DOLLAR ALDIĞINI DEYİB

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert də dekabrın 13-də təsdiqləyib ki, ABŞ səfirliyində FTB-nin attaşesi “Türkiyə nazirliyinə aparılıb”. O, detalları açıqlamayıb.

Korkmaz məhkəmədə demişdi ki, Erdogan hökuməti onun istintaqını bağlayıb, onu və digər müstəntiqləri işdən çıxarıb və həbs elətdirib. O, həbsdən çıxınca ailəsini və istintaq çərçivəsində topladığı dəlilləri yığaraq ölkədən qaçıb.

Sxem çərçivəsindəİranın neft və qaz satışından əldə etdiyi 1 milyard dolları yumasına yardım göstərilib.

Əlindəki materialları ABŞ-da müstəntiqlərə vermiş Korkmaz məhkəmədə onu da deyib ki, FTB ona 50 min dollar verib, ABŞ prokurorları onun ev tapmasına yardım göstərib və Birləşmiş Ştatlara gedəndən işsizdir.

FTB onun dediklərini şərh etməyib.

“YALAN VƏ QARAYAXMA”

Korkmaz-ın deməsinə görə, istintaqın ilkin hədəfi Türkiyə-İran biznesmeni Reza Zarrab imiş, sonradan Erdogan da daxil olmaqla, Türkiyə hökumətinin yüksəkçinli rəsmilərini əhatələyib.

*** Buna da bax: Zarrab rüşvət verdiyini boynuna alır

Zarrab bu işdə təqsirini boynuna alıb və hazırda əsas şahid kimi çıxış edir. O da Erdogan-ın İran sxeminə yardım etdiyini açıqlayıb.

Bu iş üzrə ABŞ doqquz nəfəri təqsirləndirilən elan etsə də, yalnız Zarrab və Türkiyə Halkbank-ın rəhbəri Mehmet Hakan Atilla həbs olunub. Atilla hazırda yeganə təqsirləndiriləndir.

Erdogan məhkəmədə səslənən ittihamlara birbaşa cavab verməyib. Ancaq o, həmin cinayət işini siyasi motivli saydığını bildirib.

Dekabrın 13-də Türkiyə baş nazirinin müavini Bekir Bozdağ Nyu York məhkəməsində səsləndirilənləri “yalan və qarayaxma” adlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG