Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 14:41

İran sanksiyaları işində jüri məşvərətə başlayır


Nyu Yorkdakı məhkəmə, arxiv fotosu
Nyu Yorkdakı məhkəmə, arxiv fotosu

Dekabrın 20-də Menhettendə keçirilən məhkəmədə jüri məşvərətə başlamalıdır. Söhbət İranın ABŞ sanksiyalarından yayınması iddiaları üzrə məhkəmədən gedir. Bu iş Birləşmiş Ştatlarla Türkuyənin münasibətlərini gərginləşdirib.

Dekabrın 19-da prokurorlar və vəkillər son arqumentlərini səsləndiriblər. Prokurorlar iddia edirlər ki, Türkiyə Halkbank-ının rəhbəri Mehmet Hakan Atilla İranın 1 milyard dollarlıq neft-qaz gəlirlərinin yuyulması sxemində bu ölkəyə yardım göstərib, beləliklə də Tehran ABŞ sanksiyalarından yayınıb.

Türkiyə- İran biznesmeni Reza Zarrab bir sıra ittihamlar üzrə təqsirini boynuna alıb və prokurorlarla əməkdaşlığa gedərək şahid kimi ifadə verməyə başlayıb.

*** Buna da bax: FTB agenti Türkiyə polisinə çağrılıb​

VƏKİLLƏR ZARRAB-A “YALANÇI VƏ RÜŞVƏTXOR” DEYİr

Zarrab Türkiyə rəsmilərinə rüşvət verdiyini, sanksiyalardan yayınma sxemini Atilla ilə birlikdə icra etdiyini deyib. Bundan ötrü əvvəlcə İranın neft gəlirləri qızıl ticarətiylə yuyulub, daha sonra bu tranzaksiyalar sanksiyaların əhatələmədiyi ərzaq yardımlarıyla ört-basdır olunub.

Zarrab ifadəsində Türkiyənin keçmiş iqtisadiyyat nazirinin adını çəkib, ona və digər yüksəkçinli rəsmilərə rüşvət verdiyini deyib. Zarrab Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın da bu sxemə yardım etdiyini vurğulayıb.

Türkiyədən qaçmış bir keçmiş polis əməkdaşı da Zarrab-ın ifadəsini təsdiqləyib

Zarrab bu cinayət işində şahidə çevriləndən sonra Erdogan və müavinləri işi “siyasi motivli” adlandırıblar, məqsədin onun hökumətini devirmək olduğunu deyirlər.

*** Buna da bax: Erdogan da İranın sanksiyalardan yayınmasına kömək edib?

Vəkillərsə Zarrab-ın “yalançı və rüşvətxor” olduğunu, ABŞ-da həbs cəzasından yayınmaqdan ötrü günahı Atilla-ya yüklədiyini söyləyirlər.

Vəkil Victor Rocco Atilla-nı “vicdanlı, zəhmətkeş adam” adlandırıb, “korrupsioner olmadığını” deyib.

Halkbank da ABŞ sanksiyalarını pozmadığını, hər hansı “qanunsuz” tranzaksiyaya tərəf olmadığını vurğulayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG