Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:53

UEFA-nın pulu ilə Azərbaycanda üç meydança


Rövnəq Abdullayev

««Bayıl Arena»da açılan yeni bazada bir komandanın fəaliyyəti üçün hər cür şərait yaradılıb».

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri dekabrın 20-də AFFA prezidenti Rövnəq Abdullayev deyib.

AFFA prezidenti bildirib ki, baza UEFA-nın dəstəyi ilə inşa edilib. Maliyyə vəsaitini qitə futbol qurumu ödəyib: «Bu, UEFA-nın hədiyyəsidir».

AFFA prezidenti daha sonra bu günlər iki futbolçunun və bir məşqçinin ömürlük futboldan uzaqlaşdırılmasına da münasibət bildirib.

«Oyunların idman nəticəsinin manipulyasiyası ilə bağlı bizə məlumat verildi. UEFA hətta regional oyunları da nəzarətdə saxlayır. Şübhəli məqam varsa, bu barədə məlumat verir. Hamı bilsin ki, futbolla məşğul olan adam mərc oyunlarında heç vaxt iştirak etməməlidir. Keçən il bu barədə qanun qəbul olundu. Bu, artıq cinayət məsuliyyəti daşıyır. «Keşlə»nin iki futbolçusunun və «Neftçi»nin bir məşqçisinin əməlləri barədə cinayət işi artıq prokurorluq tərəfindən başlanılıb», - deyə R.Abdullayev əlavə edib.

Ancaq futbolçular və məşqçi bu qərarı haqq etmədiklərini bildiriblər.

AFFA prezidenti bildirib ki, UEFA-nın maliyyəsi ilə Sumqayıtda iki və Bakı Olimpiya Stadionunda təbii örtüklü bir meydança salınacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG