Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 01:42

'Turan' agentliyinin iddiası təmin edilib


'Turan' agentliyinin cinayət işi dayandırılıb
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

'Turan' agentliyinin cinayət işi dayandırılıb

Bu gün, dekabrın 19-da «Turan» İnformasiya Agentlıyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentindən şikayəti üzrə 1 Saylı İnzibati-İqtisadi Məhkəməsində növbəti prosesi keçirilib. Prosesdə yekun qərar çıxarılıb.

Vəkil Fuad Ağayev deyib ki, məhkəmə agentliyin şikayətini təmin edib.

F.Ağayev vurğulayıb ki, onlar departamentin agentliyə qarşı qərarının ləğvini istəyirdilər:

«Bu qərar 2014-cü, 2015-ci və 2016-cı ilə vergi hesablanması qaydaları ilə bağlı idi. Bakı Şəhər Lokal Gəlirlər Departamentinin sentyabrın 11-də agentliyə göndərdiyi bildirişdə bu qərarın ləğv edildiyi bildirilirdi. Amma sonradan departament yenidən qərarın qüvvədə olduğunu açıqlamışdı. Odur ki, məhkəməyə müraciət etməli olduq».

Agentliyin yaydığı məlumata görə, bundan əvvəl keçirilən prosesdə nazirliyin nümayəndəsi artıq həmin qərarın qüvvədən düşdüyünü açıqlayıb. Ancaq «Turan» agentliyinin vəkilinin israrına baxmayaraq, ləğv qərarının sürəti məhkəməyə təqdim edilməyib.

Vəkil deyib ki, dəfələrlə bu proses yubadılıb. Nəhayət, bu gün, dekabrın 19-da həmin qərarın əsassız olması və ləğv edilməsi haqda məhkəmə qərar verib.

Xatırlatma

Bu ilin iyul ayında «Turan» İnformasiya Agentliyi və onun direktoru Mehman Əliyevə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açılıb. İttihama görə, M.Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda (148.310 manat) qanunsuz gəlir əldə edərək, qanunsuz sahibkarlıq fəaliyyəti göstərib.

"Turan" İA-da axtarış aparılır
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Habelə, iddialara görə, onun 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə yanlış məlumatlar daxil etməklə, 60.080 manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr yaranıb.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay 15 gün həbs-qətimkan tədbiri seçilib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyası motivli adlandırıb.

Bir sıra beynəlxalq təşkilat və ABŞ Dövlət Departamenti açıqlama yayaraq, M.Əliyevin azadlığa buraxılmasını istəyib. ABŞ Konqresinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə qarşı sanksiya layihəsi çıxarılıb.

Sentyabrın 11-də isə M.Əliyev Yasamal Rayon Məhkəməsində sərbəst buraxıb.

Bundan sonra, Vergilər Nazirliyinin adıçəkilən Vergi Gəlirləri İbtidai İstintaq Departamenti agentliyə göndərdiyi məktubla cinayət işinin ləğv edildiyini bildirib. Habelə, Bakı Şəhər Lokal Gəlirlər Departamenti də agentliyə qarşı irəli sürülən vergidən yayınma haqda qərarın ləğv edildiyini açıqlayıb. Amma agentliyin açıqlamasına görə, sonra hər iki qurumdan onlara qarşı iddiaların qüvvədə qalması barədə məktublar gəlib.

Daha sonra direktor M.Əliyev Baş Prokurorluğa çağırılıb. Ona cinayət işinin ləğv olunması ilə bağlı məktub təqdim edilib. Amma cinayət işinin ləğv edilməsi ilə bağlı qərar da hələ ki, agentliyə təqdim edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG