Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:31

Bu il dünyada daha az jurnalist öldürülüb


RSF-in Media Azadlığı İndeksi
RSF-in Media Azadlığı İndeksi

Bu il dünyada 65 peşəkar jurnalist, vətəndaş jurnalisti və media işçisi öldürülüb ki, bu da ötən ildəkindən 18 faiz azdır. Bunu Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bildirir.

Onlardan 50-si peşəkar jurnalistdir və bu, 14 ildə ən aşağı göstəricidir. Parisdə mənzillənən RSF bunu dekabrın 19-da açıqlayıb.

Qurum sayın azalmasını jurnalistlərin müharibə zonalarında daha yaxşı təlim görməsi və qorunmasıyla izah edir.

Bu düşüş həm də jurnalistlərin “çox təhlükəli ölkələrdən çıxması”, yaxud “daha təhlükəsiz peşə seçməsiylə” bağlıdır.

*** Buna da bax: CPJ: Azərbaycanda 10 jurnalist həbsdədir

Öldürülən 69 jurnalistin 39-u qətlə yetirilib və qəsdən hədəfə alınıb, digərləri hava zərbəsi, artilleriya bombardmanı, yaxud intiharçı hücumların qurbanına çevrilib.

Müharibə gedən Suriya hələ də jurnalistlər üçün ən təhlükəli ölkə sayılır, bu il burada 12 jurnalist qətlə yetirilib. Qonşu İraqda isə səkkiz jurnalist öldürülüb.

MEKSİKADA 11 JURNALİST ÖLDÜRÜLÜB

Bu il qeyri-müharibə ölkələrində ən çox jurnalist Meksikada öldürülüb – 11 nəfər. RSF bildirir ki, bu ölkədə siyasi korrupsiya və mütəşəkkil cinayətkarlıqdan yazanlar “sistematik hədəfə alınır, hədələnir, yaxud güllələnir”.

Əfqanıstanda isə üç ayrı-ayrı hücumda iki peşəkar jurnalist və yeddi media işçisi öldürülüb.

RSF qeyd edir ki, dekabrın 1-dək bütün dünyada 326 peşəkar jurnalist, vətəndaş jurnalisti və media işçisixəbər və informasiya verdiyinə görə saxlanıb. Bu, 2016-cı ildəkindən azdır, ötən il 348 jurnalist saxlanmışdı.

*** Buna da bax: Jurnalistləri öldürürlər, cəzasız qalırlar

Qurum Çin hökumətinin jurnalistləri və bloqqerləri təqib etməkdən ötrü tədbirləri gücləndirdiyini bildirir.

Ancaq Türkiyə peşəkar jurnalistlərin ən böyük həbsxanası sayılır, burada 42 jurnalist və bir media işçisi dəmir barmaqlıqlar arasındadır.

Suriya və İraq da jurnalistləri həbsdə saxlayan digər ölkələr sırasındadır, uyğun olaraq 24 və 23 jurnalist həbsdədir.

Ötən həftə Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bu il həbsə atılmış jurnalistlərin sayının rekord vurduğunu açıqlamışdı. Qurum işinə görə 262 nəfərin həbsdə olduğunu bildirirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG