Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:18

Jurnalistləri öldürürlər, cəzasız qalırlar


Jurnalistləri Müdafiə Komitəsi
Jurnalistləri Müdafiə Komitəsi

Jurnalistlərin qatilləri on il və daha uzun müddətə cəzasız qalırlar. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) 10-cu Qlobal Cəzasızlıq İndeksini açıqlayıb. Bu indeksdə jurnalistlərin öldürüldüyü və onların qatillərinin azadlıqda gəzdiyi ölkələr sıralanır.

İndeks on ildir ki, hazırlanır və yeddi ölkənin adı hər il bu siyahıya salınır. Somali artıq üçüncü ildir ki, açılmamış cinayətlərə görə öndə gedir.

2008-ci ildən bəri ilk dəfədir ki, Əfqanıstan siyahıdan çıxıb. Bu ölkədə təhlükəsizlik şəraiti sabit olmasa da, jurnalistlərin hədəfli öldürülməsi azalıb. Əvəzində ölkədə daha genişmiqyaslı zorakılıqlar artıb, mayda 150 nəfərin ölümüylə nəticələnmiş hücumda bir jurnalist də həlak oldu.

*** Buna da bax: Mərhum jurnalistin 50 yaşı tamam oldu

SON BİR İLDƏ 5 ÖLKƏDƏ JURNALİST ÖLDÜRÜLÜB

Noyabrın 2-də Jurnalistlərə qarşı Cinayətlərdə Cəzasızlıqla Beynəlxalq Mübarizə günü qeyd olunur.

CPJ 2007-ci il sentyabrın 1-dən bu il avqustun 31-dək olan müddət ərzində ayrı-ayrı ölkələrdə jurnalist qətllərini təhlil edib. İndeksə bu müddət ərzində beş və daha artıq cinayət törədilmiş və cinayərkarların tapılmadığı ölkələr salınıb.

Ötən il indeksə 13, bu il 12 ölkə salınıb.

İndeksə salınmış beş ölkədə son bir ildə qətllər törədilib.

Qurum qeyd edir ki, İslam Dövləti və digər ekstremist qruplaşmalar qətl hallarının üçdə birinə görə məsuliyyət daşıyırlar. Qətllərin 25 faizində əsas şübhəlilər hökumət və ordu rəsmiləridir.

Qətl qurbanlarının 93 faizi yerli jurnalistlərdir. Onların çoxu öz ölkələrində siyasətdən, korrupsiyadan yazır.

Cinayət hallarının azı 40 faizində qurbanlar ölüm təhdidləri alıblar.

Qətllərin yalnız 4 faizində ədalət mühakiməsi tam təmin edilib.

*** Buna da bax: Jurnalist Rasim Əliyevin ölümündən 2 il ötür

12 ÖLKƏ

Cəzasızlıq İndeksinə salınmış ölkələr bunlardır:

  1. Somali
  2. Suriya
  3. İraq
  4. Cənubi Sudan
  5. Filippin
  6. Meksika
  7. Pakistan
  8. Braziliya
  9. Rusiya
  10. Banqladeş
  11. Nigeriya
  12. Hindistan

Azərbaycanda 2005-ci ildə jurnalist Elmar Hüseynov qətlə yetirilib, qətli törədənlər hələ də azadlıqdadır. İki il öncə öldürülmüş jurnalist Rasim Əliyevin qətlində bir neçə nəfərə uzunmüddətli həbs cəzaları verilsə də, həm zərərçəkənlər, həm də təqsirləndirilənlər hökmdən narazı qalıb, işin tam araşdırılmadığını bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG