Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 17:14

Atlanta aeroportuna elektrik verilişi bərpa olunub


Atlanta aeroportu, arxiv fotosu

Birləşmiş Ştatların Corciya ştatında yerləşən Atlanta aeroportuna elektrik verilişi bərpa olunub. Dünyanın ən məşğul aeroportu sayılan bu məkanda elektrikin tamam kəsilməsi yüzlərlə reysin ertələnməsinə səbəb olmuşdu.

Hartsfield-Jackson Atlanta Beynəlxalq Aeroportunda dekabrın 17-də günorta 1-dən sonra elektrik kəsilib.

Yerli rəsmilər artıq dekabrın 18-nə keçən gecə – 12:10-da aeroportun çox hissəsində elektrikin bərpa olunduğunu bildiriblər.

Aeroport hadisənin səbəbinin araşdırıldığını bildirir.

İnternetdə yayılmış foto və videolarda adamların aeroportun qaranlıq dəhlizlərində gəzdiyi görünürdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG