Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:14

Trump Mueller-i işdən çıxarmağı düşünmür


Robert Mueller

ABŞ prezidenti Donald Trump deyir ki, xüsusi müşavir Robert Mueller-i işdən çıxarmağı düşünmür. Mueller Rusiyanın ötən il Birləşmiş Ştatlarda prezident seçkisinə iddia olunan müdaxiləsini, Rusiyayla Trump-ın seçki kampaniyası arasında mümkün əlaqələri araşdırır.

Dekabrın 17-də Trump jurnalistlərin Mueller-i işdən çıxarmağı nəzərdən keçirib-keçirmədiyini soruşublar, o, “xeyr” cavabı verib. Prezident bu barədə ətraflı danışmayıb.

Respublikaçılar Mueller-in təhqiqatının tərəfsizliyi barədə suallar qaldırırlar. Bu da aparıcı demokratları və Trump-ın tənqidçilərini administrasiyanın Mueller-i vəzifədən kənarlaşdırmağa zəmin hazırladığını düşünməyə vadar edib.

Trump özü də Mueller-in Rusiya istintaqını mütəmadi tənqid edib.

Bu istintaq çərçivəsində Trump-ın dörd keçmiş silahdaşına ya ittiham irəli sürülüb, ya da təqsirlərini boyunlarına alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG