Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:29

Keçmiş iqtisadiyyat nazirinə 8 il həbs cəzası kəsildi - YENİLƏNİB


Aleksei Ulyukayev
Aleksei Ulyukayev

Moskva məhkəməsi Aleksei Ulyukayev-i “böyük məbləğdə rüşvət almaq”da təqsirli bilib və ona cəzasını sərt rejimdə çəkməklə səkkiz il həbs cəzası kəsib.

Hökm oxunan zaman məhkəmə medianın prosesi canlı yayımlamasına icazə verməyib.

“Ulyukayev hərəkətlərinin xarakterindən xəbərdar idi”, – deyən hakim Semyonova hökmü 3 saat ərzində oxuyub.

Ulyukayev həmçinin 130 milyon rubl (2,2 milyon dollar) cərimə ödəməlidir. Onun həbsxanadan çıxandan sonra səkkiz il ərzində vəzifə tutması qadağan olunur.

O, məhkəmə zalında həbs olunub.

Vəkili Larisa Kashtanova deyib ki, Ulyukayev hökmdən apellyasiya şikayəti verəcək.

***

Məhkəmə Rusiyanın keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukayev-i rüşvət almaqda təqsirli bilib. O, 2 milyon dollar rüşvət almaqda təqsirli sayılıb.

Hakim Larisa Semyonova dekabrın 15-də hökmü oxumağa başlayıb. Məhkəmə hələ də davam edir və hökm açıqlanmayıb.

Zamoskovetsky məhkəməsində proses başlamazdan öncə Ulyukayev jurnalistlərə deyib ki, “ədalət” gözləyir.

61 yaşlı Ulyukayev Rosneft şirkətinin rəhbəri Igor Sechin-dən 2 milyon dollar almaqda ittiham olunurdu. Prokurorlar ona ağır rejimli cəzaçəkmə müəssisəsində 10 illik həbs tələb etmişdilər. Üstəlik, keçmiş nazirdən 8,5 milyon dollar cərimə istənilirdi.

*** Buna da bax: Ulyukayev Sechin-i yalan danışmaqda suçlayır

“BƏDHEYBƏT VƏ QƏDDAR PROVOKASİYA”

Ulyukayev ittihamları rədd edir, ona tələ qurulduğunu deyirdi.

“Mən bədheybət və qəddar provokasiyanın qurbanıyam”, – o, məhkəmədə vurğulayıb.

Prokurorlarsa ittihamların qurama olmasıyla bağlı iddiaları təkzib edib.

Ulyukayev indiyədək Rusiyada həbs olunmuş ən yüksəkçinli məmurlardan sayılır. O, Sechin-dən 2 milyon dollar rüşvət qoparmaqda ittiham olunur. Əvəzində nazirlik Rosneft-in regional Bashneft neft şirkətində böyük pay almasını təsdiqləyəcəkmiş.

İttihamçılar Ulyukayev-in Sechin-dən bir çamadan nağd pul alarkən tutulduğunu deyirlər. O, ötən ilin noyabrında saxlanıb, Putin də onu dərhal işdən çıxarıb, hazırda ev dustağıdır.

*** Buna da bax: Sechin-in ifadəsinin sızdırıldığı deyilir

Avqustda başlanan məhkəmədə Ulyukayev təqsirli olmadığını deyib. O, Sechin-i və Federal Təhlükəsizlik Xidmətini (FSB) ona tələ qurmaqda ittiham edib, deyib ki, çamadanda şərab şüşələrinin olduğunu düşünüb.

Sechin uzun müddət prezident Vladimir Putin-in administrasiya rəhbərinin müavini olub, indi də onun yaxın müttəfiqi sayılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG