Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 14:50

Palata: 'Kompensasiyaların verilməsində pozuntular olub'


Banklara nə qədər etibar edirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Banklara nə qədər etibar edirsiz?

«Əmanətlərin Sığortalanması Fondunda hazırda audit tədbiri başa çatmayıb, proses davam edir».

APA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun bildirməsinə görə, yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatıb:

«Müəyyən olunub ki, Fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib. Bu faktların ciddiliyini nəzərə alaraq, Hesablama Palatasının Kollegiyası bu materialların hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edib».

Ötən il Azərbaycanda 11 bankın lisenziyası əlindən alınıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Əmanətlərin Sığortalanması Fondunun xətti ilə kompensasiyaların ödənilməsinə başlanıb. Yalnız qorunan əmanətlər geri qaytarılır.

Bu il noyabrın 27-də Əmanətlərin Sığortalanması Fondu bildirib ki, onlar qorunan əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödəyiblər (ümumi kompensasiya öhdəliyinin 87.5 faizi). 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Palata sədrinin açıqlamasına hələlik Əmanətlərin Sığortalanması Fondundan münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG