Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 01:29

Prezident Sumqayıtda YAP qərargahının açılışında


Sumqayıt

Bu gün, dekabrın 15-də Sumqayıt şəhərinə səfər edən prezident İlham Əliyev Kimya Sənaye Parkında görülən işlərlə tanış olub. Dövlət başçısı əvvəlcə parkın ərazisində «AzerFloat» Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoyub.

Prezident sonra da bu ərazidə «Azərxalça» Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin təməlqoyma mərasimində iştirak edib.

Prezident daha sonra Bayraq Muzeyinin açılışına qatılıb. Muzeylə tanış olan dövlət başçısına məlumat verilib ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb. Sentyabr ayında tikinti işləri başa çatdırılıb. Muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir.

Dövlət başçısı Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında da iştirak edib.

Prezident habelə, Sumqayıtda Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyinin «Kimyaçı» Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

O, həmçinin əsaslı təmirdən sonra Lüdviqşafen parkına da baş çəkib. Şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqşafen parkı Sumqayıt ilə qardaşlaşan Almaniyanın Lüdviqşafen şəhərinin şərəfinə salınıb.

Prezident Sumqayıta gedib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə gedib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı keçmiş prezident Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezident İ.Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG