Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:39

'Azərişıq' borcluların işığını kəsəcəyini bildirir


Lampa

«Azərişıq» ASC elektrik enerjisinə görə borcu olan vətəndaşlara xəbərdarlıq ünvanlayıb.

Qurum abunəçilərə bildirir ki, debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı bu il dekabrın 19-u saat 12:00-dan qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Qurum xəbərdarlıq edir ki, borcla əlaqədar enerji təchizatı dayandırılan abonentlər borclarını ödəmədən şəbəkəyə qoşulsalar, bu, elektrik enerjisinin talanması sayılaraq ciddi tədbirlərə səbəb olacaq.

«Azərişıq» ASC elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamasından ötrü istifadə edilən elektrik enerjisi haqlarının dərhal ödənilməsini xahiş edir.

Xatırlatma

Tarif Şurası ötən il noyabrın 28-də keçirilən toplantısında qazın və elektrikin qiymətlərini qaldırıb. Həmin qərarla ötən il dekabrın 1-dən elektrik enerjisinin qiyməti artırılıb.

Şura aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılara qiyməti dəyişməyib, mövcud 7 qəpik səviyyəsində saxlayıb.

Aylıq istehlak həcmi 250 kilovat-saatdan çox olan istehlakçılara isə 11 qəpik müəyyən edilib. Sonradan limit 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG