Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:17

ABŞ səfiri: İranın qadağaları pozduğunu göstərən dəlillər var


Nikki Haley
Nikki Haley

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley deyib ki, İranın beynəlxalq öhdəliklərini pozmasına dair “təkzibolunmaz dəlil” təqdim edəcək. Səfir bunu dekabrın 14-də Birləşmiş Ştatların BMT-dəki missiyasında keçirəcəyi mətbuat konfransında edəcəyini söyləyib.

Haley-nin sözlərinə görə, o, İranın “Yaxın Şərqdə və dünyanın başqa yerlərində sabitliyi pozan fəaliyyətini” müzakirə edəcək.

*** Buna da bax: Fransalı nazir İranın nüfuzundan danışır

TƏHQİQATIN NƏTİCƏSİ BİRMƏNALI DEYİL

Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı İranı Yəməndəki husi yaraqlılarına silah göndərməkdə ittiham edir. Yaraqlılar iyulda və noyabrda Səudiyyə Ərəbistanına raket atıblar.

Haley BMT-nin Təhlükəsizlik Şurasını İranın Yəmən, Livan və Suriyadakı müttəfiqlərlə “qanunsuz silah sövdələşmələri”ylə bağlı sərt mövqe tutmağa çağırıb.

“Səfir Haley İranın beynəlxalq öhdəliklərini qəsdən pozması və bu pozuntuları ört-basdır edə bilməməsinə dair təkzibolunmaz dəlil ortaya qoyacaq”, – missiya bildirib.

Bu arada yayılan xəbərlərə görə, BMT-nin İranın Yəməndəki yaraqlılara iki raketi verib-verməməsinə dair araşdırması birmənalı nəticə əldə etməyib.

The Associated Press və Agence France-Press yazıblar ki, BMT əməkdaşları raketlərin qalıqlarını yoxlayıblar, “ümumi mənşə”li olduğunu bildiriblər, yəni raketlərin İrandan göndərilməsi barədə nəticəyə gəlməyiblər.

BAŞ KATİBİN MƏXFİ HESABATI

AP və AFP BMT-nin baş katibi Antonio Guterres-in BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi konfidensial hesabatın surətini əldə edib.

Frans Press yazıb ki, BMT ekspertlərindən ibarət daha bir komanda ötən ay Ər-Riyada səfər zamanı raket qalıqlarını araşdırıb, İranın Shahid Bagheri Industrial Group şirkətinə bağlılıq aşkarlayıb. Bu şirkət BMT-nin sanksiya siyahısındadır.

Guterres hesabatında qeyd edib ki, təhqiqatçılarən ikinci qrupu şirkətin loqosunu görüblər, amma hələ də informasiyanın təhliliylə məşğuldur, bir nəticəyə gəlməyiblər.

Guterres hesabatında bir ehtimala da toxunur – İran ola bilsin, 2015-ci il nüvə sazişinin maddəsini pozur. Həmin maddəyə görə, İran nüvə başlığı daşımağa qadir ballistik raket istehsal etməməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG