Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 23:31

Fransalı nazir İranın nüfuzundan danışır


Jean-Yves Le Drian

Fransanın xarici işlər naziri İranı hərbi və siyasi nüfuz “oxu” yaratmaqda suçlayır. Nazirin fikrincə, bu nüfuz oxu Tehrandan İraq, Suriya və Livan ərazisiylə Aralıq Dənizi regionunadək uzanır.

Dekabrın 12-də France 2 televiziyasına müsahibəsində Jean-Yves Le Drian deyib ki, regionda hərbi iştirakı genişləndirmək əvəzinə İranla Rusiya Suriyada sülhün bərqərar olmasından ötrü BMT ilə işləməlidirlər.

İranın Aralıq regionundan Tehranadək məhvər yaratması istəyinə yox deyirəm” Xarici ölkələr və təsirdən azad Suriyaya ehtiyac var”, – nazir söyləyib.

Bəzi ərəb ölkələri liderlərinin fikrincə, İran həm İraqa, həm də Suriyaya hərbi müşavirlər və döyüşçülər gndərməklə Əfqanıstanla sərhəddən Aralıq dənizi regionunadək nüfuz dairəsi yaratmağa çalışır.

Birləşmiş Ştatlar və İsrail də Tehranı öz müttəfiqlərini, yəni İsrailə düşmən Livanın Hizbulla və Fələstinin Hamas yaraqlı qruplaşmalarını silahlandırmaqda suçlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG