Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:21

“Rusiya Suriya hökumətini inandırsın ki…”


Staffan de Mistura

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Rusiyanı çağırıb ki, Suriya hökumətini yeddi illik müharibəni bitirməkdən ötrü sülh sazişinin gərəkdiyinə inandırsın.

İsveçrənin RTS televiziyasına danışan De Mistura dekabrın 13-də deyib ki, BMT-nin vasitəçiliyi ilə tezliklə sülh əldə olunmasa, bu, “Suriyanın parçalanmasıyla” sonuclanar.

Dekabrın 11-də Suriyadakı Hmeymim bazasına qəfil səfər etmiş Rusiya prezidenti Vladimir Putin elan edib ki, Rusiya qüvvələrinin Assad hökumətini İslam Dövləti yaraqlılarına qarşı müdafiə etmək missiyası əsasən başa çatıb.

Putin-in hansı siqnalı verə biləcəyinə dair sualı De Mistura belə cavablandırıb: “Suriya hökumətini inandıra bilər ki, itiriləsi vaxt yoxdur… Ərazini hərbi yolla qazana bildiyinizi düşünə bilərsiniz, ancaq sülhü də qazanmalısınız. Sülhü əldə etməkdən ötrü hökumət BMT-nin vasitəçiliyi ilə yeni konstitusiya və yeni seçkinin labüdlüyünü qəbul etməlidir”, – elçi deyib.

Suriyada yeddi ilə yaxındır gedən vətəndaş müharibəsində yüz minlərlə adam həlak olub, 11 milyondan çox evindən didərgin düşən var.

Günün bütün mövzuları

XS
SM
MD
LG