Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 00:55

Silahlı qüvvələrə 'siyasi sabitliyi qorumaq' vəzifəsi


Azərbaycan ordusu

Ölkə parlamenti «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» yeni qanun layihəsi qəbul etməyə hazırlaşır. Qanunda silahlı qüvvələrə ölkə daxilində ictimai təhlükəsizliyi təmin etməyə icazə veriləcəyi bildirilir.

APA-nın xəbərinə görə, bu məsələ yenidən hazırlanan «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» qanun layihəsinin 4-cü maddəsində əksini tapıb. Həmin maddə silahlı qüvvələrin əsas vəzifələrini müəyyən edir.

Həmin maddədə yazılır ki, Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir.

Yeni qanun layihəsinin Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.

Xatırlatma

Qüvvədə olan qanunvericilik isə fərqli qayda nəzərdə tutur.

Silahlı qüvvələrdəki münasibətlər hazırda 1991-ci ildə qəbul edilən, sonradan bir neçə dəfə dəyişikliklərə məruz qalan «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» qanunla tənzimlənir.

Həmin qanunda silahlı qüvvələrin vəzifələri aşağıdakı birinci və ikinci maddələrdə ifadə olunub:

«Maddə 1. Silahlı Qüvvələr Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir».

«Maddə 2. Silahlı Qüvvələr öz təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına prezidentin təqdimatı ilə Milli Məclisinin qərarına əsasən cəlb oluna bilərlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG