Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 04:38

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu zaman 113 ölkəyə məhsul ixrac, 180 ölkədən isə idxal olunub.

2017-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 19 milyard 459 milyon ABŞ dolları olub. Bunda ixracın dəyəri 12 milyard 500.6 milyon dollar, idxalın dəyəri 6 milyard 958.4 milyon dollar təşkil edib. Nəticədə 5 milyard 542.2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

«2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9.4 faiz artıb. Real ifadədə isə 12 faiz, o cümlədən ixrac 8.1 faiz, idxal 18 faiz azalıb», - məlumatda vurğulanır.

İdxalda Rusiya liderdir

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 22.9 faizini İtaliyaya, 12.7 faizini Türkiyəyə, 5 faizini Rusiyaya təşkil edib. Sonrakı yerləri İsrail, Çexiyaya, Çin və başqa ölkələr tutur.

İdxal olunmuş məhsulların ümumi dəyərinin isə 17.3 faizi Rusiyanın, 14.6 faizi Türkiyənin, 9.7 faizi Çinin, 9.3 faizi də ABŞ-ın payına düşür. Sonra Ukrayna, Almaniya, İtaliya və başqa ölkələr gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG