Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 01:28

Qazaxıstanda şaxtaçıların etirazı davam edir


Arxiv fotosu

Qazaxıstanın mərkəzindəki Qaraqanda vilayətində onlarla şaxtaçı şaxtadan çıxmır, maaşlarının artırılmasını tələb edirlər.

Regional administrasiya rəsmiləri dekabrın 12-də bildiriblər ki, Şaxtinsk şəhərində 200-dək şaxtaçı iki gecədir dörd kömür mədənindən çıxmır. Tətil edənlərin dəqiq sayı bəlli deyil.

Şaxtaçıların təmsilçiləri və həmkarlar ittifaqı yerli rəsmilər və mədənlərin sahibi – ArcelorMittal Temirtau şirkətiylə danışıqlar aparır.

ArcelorMittal Temirtau şirkətindən AzadlıqRadiosuna bildirilib ki, şaxtaçıların əsas tələbi maaşlarının ikiqat artırılmasıdır və bu tələbə görə kontraktları yenidən hazırlanıb.

Şirkət sentyabrda bildirmişdi ki, polad sənayesi və şaxtaçıların həmkarlar ittifaqlarıyla yeni kollektiv razılaşma üzərində işləyir və ilin sonunadək onu imzalamağı planlaşdırır.

Şaxtaçılar tam ödənişli xəstəlik günləri, 50 yaşında təqaüdə çıxmaq, təhlükəsizlik şəraitinin yaxşılaşdırılmasını, avadanlığın modernləşdirilməsini də tələb edirlər.

ArcelorMittal Temirtau Qazaxıstanda səkkiz kömür şaxtasını idarə edir və 2016-cı ildə 4 milyon tona yaxın polad istehsal edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG