Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:24

Nazir müavini AB ilə gələn ilin sonunda saziş gözləyir


Azərbaycan/Avropa Birliyi

«Dekabrın 15-də Avropa Birliyi ilə danışıqlarda sektoral blok üzrə əməkdaşlıq məsələlərinə dair videokonfrans olacaq. Burada enerji, ekologiya və digər sahələr müzakirə olunacaq».

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan və AB arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı danışıqların son durumunu şərh edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, qalan bloklar üzrə danışıqlar gələn ilin yanvar-fevralında keçirilə bilər:

«Danışıqlarda tərəqqi var. Hesab edirəm ki, danışıqlar gələn ilin sonuna kimi bitəcək».

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Proqramına AB-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb.

Bu il noyabrın 24-də isə Ermənistanla Avropa Birliyi arasında tərəfdaşlıq haqda saziş bağlanıb.

Azərbaycanla bu qurum arasında bu ilin fevralından ikitərəfli danışıqlar başlayıb. Danışıqların əvvəlcə bu ilin sonunda yekunlaşacağı bildirilsə də, bu, hələ ki, baş tutmayıb. Müzakirələr siyasi, iqtisadi və daha bir neçə mühüm sahələri əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG