Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Suriya müharibəsinin gələn il bitəcəyini gözləyən azdır


Suriyada İSlam Dövləti (İŞİD) silahlı qruplaşmasının nəzarətində olan və olmayan ərazilər
Suriyada İSlam Dövləti (İŞİD) silahlı qruplaşmasının nəzarətində olan və olmayan ərazilər

Rusiya, Türkiyə və Birləşmiş Ştatlar 10 il öncəkinə baxanda Yaxın Şərq və Şimali Afrikada daha vacib rol oynayırlar. Bunu “Pew” araşdırma mərkəzinin bu ilin yazında regionun beş ölkəsində – İordaniya, Tunis, Livan, İsrail və Türkiyədə keçirdiyi rəy sorğusu üzə çıxarıb. Rəyi soruşulanların çoxu belə düşündüyünü açıqlayıb.

LİDERLƏRİN REYTİNQİ

Həmin ölkələrdə rəyi soruşulanların 53 faizi İranın da daha vacib rol oynadığını deyib. Ancaq daha az adam İsrail və Səudiyyə Ərəbistanının son 10 ildə regionda nüfuz qazandığını söyləyib. Rəyi soruşulanlar son 10 ildə ən nüfuzsuz ölkənin Misir olduğunu dilə gətiriblər.

Bir məsələ də var ki, Yaxın Şərqdə nüfuza malik ölkələrin heç də hamısına yaxşı baxmırlar. Sorğuda iştirak edənlərin təxminən üçdə biri, hətta ondan da azı Rusiyaya (ortalama 35%), yaxud ABŞ-a (27%) müsbət yanaşırlar. İranın göstəricisi lap zəifdir (14% bu ölkəyə müsbət yanaşır), Səudiyyə Ərəbistanı isə (44%) daha yaxşı mövqeyilə öyünə bilər.

*** Buna da bax: Trump-a inam azalır

Yaxın Şərq və Şimali Afrika ictimaiyyəti region ölkələrinin liderlərini də dəyərləndiriblər. Təxminən üçdə biri Misir prezidenti Abdel Fattah el-Sisi və Səudiyyə kralı Salmana müsbət yanaşır. İordaniya kralı 2-ci Abdullah-ın reytinqi aşağıdır. Çox az adam İsrailin baş naziri Benjamin Netanyahu-dan xoş danışıb, 12 %-sə Suriya prezidenti Bashar al-Assad və ya İran prezidenti Hassan Rouhani barədə müsbət düşündüyünü söyləyib. Türkiyə prezidenti Recep Tayyip Erdogan mənfi yanaşmaya görə müstəsna yerdədir, ancaq onun barəsində fikirlər hələ də qarışıqdır.

MÜHARİBƏNİN SONU

Suriyadakı vətəndaş müharibəsinin sonu barədə rəyi soruşulanların fikri haçalanıb; 26% müharibənin gələn il, 32% gələn beş ildə bitəcəyini deyir. 29% düşünür ki, müharibə beş ildən də çox çəkəcək. İordaniyada cəmi 32 faiz müharibənin gələn il başa çatacağına inanır, İordaniyadakı suriyalıların 64%-i isə münaqişənin 2018-ci ildə bitəcəyini gözləyir.

Yaxın Şərq ictimaiyyəti ABŞ və Rusiyanın regionda 10 il öncəkindən daha vacib rol oynadığını düşünür.

*** Buna da bax: Putin və Erdoğan Trump-ın Yerusəlim qərarına qarşıdırlar

Rəyi soruşulan millətlərin hamısının azı yarısı deyib ki, Rusiya 10 il qabağa baxanda daha nüfuzludur. Livanda belə düşünənlər daha çoxdur, şiələr (81%) və sünnilər (77%) bu fikirlə razıdırlar.

Rəy sorğusu keçirilən ölkələrdə İrana elə də isti yanaşmırlar, Səudiyyə Ərəbistanı və Türkiyə daha müsbət mövqedədir.

Tunis və İordaniyada Türkiyəyə yanaşma baxışlar müsbətdir. Livanlılar dini inanclarından asılı olaraq fərqli fikir yürüdüblər, sünni və xristianların yarıdan çoxu, şiələrin isə yalnız 8 faizi Türkiyədən xoş danışıb. İsrail yəhudiləri və ərəblərin də Türkiyə haqda fikirləri fərqlənir; İsrail ərəblərinin 72, yəhudilərinin isə yalnız 7 faizi Türkiyə barədə yaxşı düşünür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG