Dekabrın 13-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru yağış yağacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.