Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 05:52

NASA astronavtı 'ulduz müharibələri'ndən danışdı


H.Payper Kürdəmir Amerika Mərkəzində

«Kosmosun hərbi məqsədlərdən ötrü istifadə edilməsindən qaçmaq lazımdır. NASA hərbi deyil, mülki təşkilat kimi yaradılıb».

Azərbaycanda səfərdə olan NASA astronavtı, «Space Shuttle» ekipajının üzvü və donanma kapitanı Hayde Payper bu gün, dekabrın 11-i Bakı Amerika Mərkəzində keçirdiyi brifinqdə belə deyib. Onun bildirməsinə görə, astronavtların əksəriyyəti əvvəlcə hərbi sahədə işləyənlərdir.

«Biz NASA-da işləyəndə, əsasən, vaxtın böyük hissəsində hərbi geyimdə olmuruq. Düzdür, biz hərbçi olsaq da, hərbi geyimə üstünlük vermirik. NASA mülki təşkilatdır. Orada biz hərbi strukturu, hərbi komandanlığı bir kənara qoyub əlimizdən gələn işləri lazımınca həyata keçirməyə çalışırıq», - o qeyd edib.

Astronavt «ulduz müharibələri»nin mümkünlüyü barədə sualı da cavablayıb. Vurğulayıb ki, bəşəriyyətdə həmişə müharibələr yaratmaqdan ötrü tendensiyalar olur.

«Ümid edirik ki, bu tendensiyalar NASA və digər təşkilatların fəzanın öyrənilməsi istiqamətində aparılan işlərinin əsas qüvvəsinə çevrilməyəcək. Çünki biz hazırda kosmosdan yerdəki vəziyyətin yaxşılaşdırılması məqsədilə istifadə edirik. Fəza bizdən ötrü eyni zamanda NASA-nın mövcudluğunu öyrənmək, tədqiqat aparmaq üçün məkandır. Biz hər zaman çalışırıq ki, bir-birimizdən öyrənək və qarşılıqlı əməkdaşlıq edək. Ümid edirəm ki, Hollivud kinolarında gördüyünüz ulduz müharibələri baş verməyəcək».

Xatırlatma

H.Payper Azərbaycana dekabrın 10-da gəlib. O, dekabrın 12-dək Azərbaycanda olacaq. Səfəri ABŞ-ın Azərbaycandakı səfirliyi təşkil edir.

Kapitan Payper öz kosmos hekayəsini Azərbaycan ictimaiyyəti ilə bölüşür və xüsusilə texniki, riyazi sahələrlə məşğul olan gənc qadınlarla karyera barədə danışır.

Kapitan Payper həmçinin, yerli gənclərlə Kürdəmir şəhərindəki Amerika Guşəsində görüşüb.

O, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təqdimat keçirməlidir. Habelə, Azərbaycan Milli Elmlər Akademiyasında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasında olmalıdır.

NASA 1958-ci ildə qurulub. ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək məqsədilə yaradılan icraedici dövlət agentliyidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG