Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 04:50

Bankların verdiyi kreditlər 4 milyard manat azalıb


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Bu ilin yanvar-oktyabr aylarında banklara məxsus 13 filial bağlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya görə, bu ilin əvvəlindən noyabrın 1-dək bankların ümumilikdə 13 filialı fəaliyyətini dayandırıb. Bu il yanvarın 1-də ölkədə bankların filiallarının sayı 569 olub. Oktyabrın sonunda bu göstərici 556-ya qədər azalıb. Oktyabrda da bir filial bağlanıb.

Bu ilin 10 ayında ölkədə 31 bank fəaliyyət göstərib. Ötən il isə ölkədə 11 bankın lisenziyası ləğv edilmişdi. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilirdi.

Kreditlər...

Bu ilin oktyabrında ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi də azalıb. MBNP bildirir ki, noyabrın 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 707.5 mln. manat təşkil edib. Bu da sentyabr ayı ilə müqayisədə 259.4 mln. manat və ya 2.16 faiz azalma deməkdir. Ümumilikdə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 4 mlrd. 230.8 mln. manat və ya 26.54 faiz azalıb.

Ekspertlər hesab edirlər ki, bu göstəricilərin ölkə iqtisadiyyatına mənfi təsirləri qaçılmazdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG