Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 17:43

Səfirliklərin Tərtərə səfəri təşkil edilib


Tərtər

Bu gün, dekabrın 11-də xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin və bəzi KİV təmsilçilərinin Tərtər rayonuna səfəri təşkil edilib

Bunu prezident İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həyata keçirib.

Komitədən verilən məlumata görə, səfər iştirakçıları Tərtər rayonunda 1170 məcburi köçkün ailəsindən ötrü yeni salınmış hündürmərtəbəli yaşayış kompleksi və orada yaradılan şəraitlə tanış olacaqlar. Həmçinin, Tərtər rayonunun Şıxarx qəsəbəsində yenidən bərpa olunmuş «Marağa-150» abidəsinə baş çəkməlidirlər. Azərbaycan tərəfi bildirir ki, bu abidə İrandan ilk 200 erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə 1978-ci ildə ucaldılıb.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə bu muxtar respublikada separatçı qüvvələrin və Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Tərtər rayonu da Dağlıq Qarabağla sərhəddə yerləşir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG