Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 09:18

Deputatlar Moskvaya gedəcək


Milli Məclis

Sabah, dekabrın 10-da Azərbaycanın bəzi deputatları Rusiya paytaxtı Moskvaya gedəcək.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar MDB-yə üzv dövlətlərin XII yaradıcı və elm ziyalıları forumunda iştirak edəcəklər.

Təşkilatçı MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondudur.

Buna da bax:​ Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'

“Tədbir “MDB ölkələrində ailə dəyərləri və ənənələrinin möhkəmləndirilməsində humanitar əməkdaşlığın rolu” mövzusuna həsr olunub. Toplantıda quruma üzv dövlətlərin əməkdaşlığı, MDB-də mədəniyyət ilinin keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, – məlumatda vurğulanır.

Tədbir dekabrın 11-dən 12-ə kimi keçiriləcək. Deputatlar dekabrın 13-də Azərbaycana qayıdacaqlar.

Xatırlatma

Müstəqil Dövlətlər Birliyi ( MDB) 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Azərbaycan 1993-cü ildən bu quruma rəsmən üzv olub. MDB-yə Baltikyanı ölkələr çıxmaqla, keçmiş SSRİ-yə daxil olan müstəqil respublikalar qoşulub. Ancaq 2008-ci ildə Rusiya ordusu Gürcüstana daxil olduqda, bu ölkə MDB-dən çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG