Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 02:18

300-dən çox dərmanın qiyməti təsdiqlənib


Azərbaycanda aptek

Yeni qeydiyyatdan keçən 300-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib. Bu haqda qərar Tarif Şurasının dekabrın 8-də keçirilmiş toplantısında qəbul edilib.

Şuranın məlumatında belə yazılır.

Şura bildirir ki, indiyədək ümumilikdə, dövlət qeydiyyatına alınmış 10713 dərman vasitəsinin topdan, pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq olunub.

Dərman vasitələrinin təsdiq edilmiş topdan və pərakəndə satış qiymətləri Tarif Şurasının rəsmi internet saytına daxil edilib.

Buna da bax: AvroMed şirkətinin “pulyuyan maşından” milyonlarla dollar aldığı güman edilir

Şura həmçinin bildirir ki, Səhiyyə Nazirliyi 70-dən artıq ölkədə fəaliyyət göstərən 1000-ə yaxın müəssisənin istehsalı olan dərman vasitələrini dövlət qeydiyyatına alıb.

Qurum xatırladır ki, dərman vasitələri bütün aptek təşkilatlarında eyni qiymətlə satılmalıdır. Vətəndaşlara tövsiyə olunur ki, dərman vasitələrinin qiymətləri üzərində ictimai nəzarətin təmin olunmasında fəal olsunlar və pozuntu halları ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinə müraciət etsinlər.

Buna da bax: Astara sakini: 'İranda dərmanlar yarıbayarı ucuzdu'

Günün bütün mövzuları

XS
SM
MD
LG