Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:28

Prokurorların da səlahiyyətləri artırıla bilər


Baş prokurorluq

Azərbaycanda prokurorluq orqanı əməkdaşlarının da səlahiyyətlərinin artırılacağı bildirilir.

APA “Prokurorluq haqqında” qanunun 3 maddəsinə dəyişiklik ediləcəyini xəbər verir.

Xəbərdə qeyd edilir ki, qanunun 4-cü və 21-ci maddələrinə əlavələr ediləcək, 27-ci maddə isə dəyişdiriləcək.

Qanunun 4-cü maddəsi prokurorun fəaliyyət istiqamətlərini müəyyən edir. Həmin maddəyə təklif olunan əlavədə qeyd edilir ki, prokuror səlahiyyətli orqanın inzibati xəta haqqında iş üzrə qərar və qərardadlarından protest verə, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edə biləcək.

Buna da bax: Polisin hüquqları artırılır və mətbuata yeni cəzalar gəlir

Eyni müddəaların prokuror aktlarının növlərini əhatə edən 21-ci maddəyə da əlavə ediləcəyi vurğulanır.

Qanunun hazırda “Məhkəmə qərarlarından protest” adlanan 27-ci maddəsinin adının isə dəyişəcəyi gözlənir. Təkliflər keçsə həmin maddə “Məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest” adlanacaq.

Təkliflər layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Həmin gün polisin də səlahiyyətlərinin artırılmasının müzakirə ediləcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG