Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:09

NASA astronavtı Azərbaycana gəlir


Azərbaycan müstəqillik dövründə ilk dəfə NASA astronavtını qonaq edəcək.

ABŞ səfirliyi «Space Shuttle» ekipajının üzvü və donanma kapitanı Hayde Payperin Azərbaycana səfərini təşkil edir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Səfərin 10-12 dekabr tarixlərində reallaşacağı bildirilir.

ABŞ səfirliyi Hayde Payperin səfər proqramını da açıqlayıb. O, dekabrın 10-da Kürdəmirdəki Amerika Mərkəzində olacaq.

Dekabrın 11-də isə kapitan Payper Milli Müdafiə Kollecində, Milli Elmlər Akademiyasında, ADA, Bakı Mühəndislik, Dövlət Neft və Sənaye Universitetində təqdimatlar keçirəcək.

İlk NASA astronavtı Bakıya 1975-ci ildə səfər edib. Bu, Tomas Petten Stafford idi. O, «Apollon-10» və «Soyuz-Apollon» kosmik ekspedisiyalarının komandiri olub.

NASA 1958-ci ildə qurulub. ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək məqsədilə yaradılan icraedici dövlət agentliyidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG