Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Moldovanın hakim partiyasının rəhbəri Rusiyanı onu və partiyanın digər rəsmilərini saxta məhkəmə iddialarıyla qısnamaqda suçlayır.

Vlad Plahotniuc-ə bu həftə Rusiyada ittiham irəli sürülüb, o, 2012-ci ildə Londonda bir bankirin həyatına sui-qəsd hazırlamaqda ittiham olunur.

Dekabrın 7-də “Reuters” agentliyinə danışan Plahotniuc deyib ki, Rusiya rəsmiləri onu beynəlxalq hüquq-mühafizə orqanlarının axtarış siyahısına salmağa çalışır.

Moldova parlamenti dekabrın 7-də rusdilli və digər kanallarda “saxta xəbərlər”in yayılmasının önlənməsindən ötrü qanun qəbul edib. Plahotniuc deyib ki, bundan sonra Moskvanın əlavə tədbirlərə əl atmasını gözləyir.

“Rusiyanın təhlükəsizlik xidmətləri bizi saxta şəkildə etnik, siyasi və ideoloji nifrət, qətl, oğurluq, yəni virtual olaraq ağıllarına gələn hər şeydə ittiham edirlər”, – Plahotniuc “Reuters”ə email-lə cavabında yazıb.

Rusiyanın Xarici İşlər Nazirliyi və baş prokurorluq bu ittihamlara cavab verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG