Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Keçmiş prezident vətənə xəyanətdə ittiham olunur


Cristina Fernandez de Kirchner

Argentinada federal hakim keçmiş prezident Cristina Fernandez de Kirchner-i vətənə xəyanətdə ittiham edərək onun həbsinə çağırıb. Keçmiş prezident 1994-cü ildə yəhudi icma mərkəzinin bombalanması və 85 nəfərin ölümündə İranın rolunu ört-basdır etməkdə suçlanır.

Hakim Claudio Bonadio dekabrın 7-də 491 səhifəlik hökmdə senatı Fernandez-i toxunulmazlıqdan məhrum etməyə çağırıb. Keçmiş prezident bu payız senata seçilib və toxunulmazlıq qazanıb.

Buenos Ayresdəki hücum Argentinada ən ağır terror hücumu sayılır. Argentina müstəntiqləri İranın bir neçə keçmiş rəsmisini Livanın Hizballah şiə qruplaşmasına bu hücumu gerçəkləşdirmək əmri verdiyini bildirir. İransa ittihamları rədd edib.

64 yaşlı Fernandez-in İranla 2013-cü ildə əldə etdiyi sövdələşmə hücumda ittiham olunanların mühakimədən yayınmasına imkan verib. Amma o, dekabrın 7-də ittihamları bir daha rədd edib, Bonadio və prezidenti Mauricio Macri-ni məhkəmə sistemini siyasiləşdirməkdə suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG