Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:37

Həbsdəki ictimai fəal, «Gündəm-xəbər» qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarov dünən, dekabrın 6-sı azadlığa çıxıb.

Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.

M.Zülfüqarov 14 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı.

«Məhbub bəy dünən azadlığa çıxıb. O, cəzasını başa vurub», - hüquq müdafiəçisi bildirib. Onun bildirdiyinə görə, M.Zülfüqarov müdafiəsində iştirak edənlərə minnətdarlıq edib.

Xatırlatma

M.Zülfüqarov İmişlidə yaşayır. O, böhtanda günahlandırılaraq 5 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

M.Zülfüqarovu «Azərbaycan Standartlaşdırma İnstitutu» Publik Hüquqi Şəxsin Cənub Ərazi İdarəsinin direktoru Saleh Səmədov məhkəməyə vermişdi. Səbəb kimi M.Zülfüqarovun Heydər Əliyev Fonduna və hüquq-mühafizə orqanlarına şikayət yazarkən ona böhtan atması göstərilirdi.

İmişli Məhkəməsi M.Zülfüqarovu Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilərək, 5 aylığa azadlıqdan məhrum etmişdi.

M.Zülfüqarov ittihamı qəbul etmirdi. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus hesab edirdilər.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, ölkədə 150 civarında siyasi məhbus var. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törədikləri əmələ görə məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG