Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:50

Rusiyadan ABŞ kəşfiyyatına “jurnalist” ittihamı


Maria Zakharova, arxiv fotosu

Dekabrın 6-da Moskva ABŞ kəşfiyyat agentliklərini Birləşmiş Ştatlarda işləyən rusiyalı jurnalistləri əməkdaşlığa cəlb etməyə çalışmaqda suçlayıb.

“Son vaxtlar Birləşmiş Ştatlardakı rusiyalı jurnalistlər xüsusi xidmətlərin böyük təzyiqinə məruz qalırlar, onları əməkdaşlığa cəlb etmək cəhdləri var”, – Rusiyanın xəbər agentlikləri Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova-ya istinadla yazıb.

“Bu təcavüzdür. Təkcə Rusiyaya qarşı təcavüz deyil, bütün dünyada ifadə azadlığına əl uzatmaqdır”, – sözçü bildirib.

Zakharova-nın iddiasına görə, Birləşmiş Ştatlarda bir rusiyalı jurnalistə ABŞ kəşfiyyat agentlikləri ilə əməkdaşlıq etməkdən ötrü təzyiq göstərilib, ona rüşvət təklif olunub, psixoloji taktikaya əl atılıb.

Sözçü deyir ki, bütün bunlar alınmayanda ABŞ agentləri jurnalisti birbaşa hədələyiblər və onun ailəsiylə əlaqə yaratmağa çalışıblar. O, jurnalistin adını çəkməyib.

Bu iddiaların səsləndirildiyi gün rusiyalı deputatlar Moskvanın “xarici agent” adlandırdığı ABŞ mediasını Dumaya buraxmamaqla bağlı qətnaməni qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG