Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:45

Azərbaycan və Ermənistan nazirləri görüşüb


Elmar Məmmədyarov və Edvard Nalbandyan (arxiv fotosu)

Bu gün, avqustun 6-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın paytaxtı Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb.

AzərTAC-ın xəbərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılıb.

Bundan əvvəl isə Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu görüşdə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. O qeyd edib ki, rəsmi Bakı substantiv danışıqlar vasitəsilə Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

Buna da bax: Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhendə görüşürlər

Elmar Məmmədyarov Avstriyaya avqustun 5-i getmişdi.

O, bu səfərində həmçinin, ATƏT-in Nazirlər Şurasının dekabrın 7-də keçiriləcək 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

İclas dekabrın 8-də başa çatacaq.

İclasda Avrasiya regionunda təhlükəsizlik və təşkilatın fəaliyyətinə dair bir sıra məsələlər müzakirə ediləcək.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG