Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 18:16

Dekabrın 5-i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, səfər çərçivəsində Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları davam etdirilməlidir.

Bir müddət öncə Elmar Məmmədov dekabrın 6-da gözlənilən bu görüşlə bağlı bunları demişdi:

Buna da bax: Azərbaycan və Ermənistan bəyannamənin 'bir bəndinə' görə mübahisə edirlər

"Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək", - deyə o qeyd etmişdi.

Ötən ayın 16-da Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdü.

E. Məmmədyarov bu səfərində həmçinin, ATƏT-in Nazirlər Şurasının dekabrın 7-də keçiriləcək 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Buna da bax: 'Gürcüstan qazanır, Azərbaycan isə şansları itirir' [video]

İclas dekabrın 8-də başa çatacaq.

İclasda Avrasiya regionunda təhlükəsizlik və təşkilatın fəaliyyətinə dair bir sıra məsələlər müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG