Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:59

AİB Azərbaycana 400 milyon krediti təsdiqləyib


Asiya İnkişaf bankı

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası ümumi dəyəri 400 milyon dollar olan iki krediti təsdiqləyib.

Bu kredit Şimali-Cənub dəmiryol dəhlizində əsas hissə olan Sumqayıt-Yalama dəmiryol xəttinin modernləşdirilməsi və bərpası məqsədi ilə ayrılır.

AİB Azərbaycan Dəmir Yollarına bir sıra islahatlar vasitəsilə maliyyə idarəetməsini yaxşılaşdırmaq və bu sahəni inkişaf etdirməkdən ötrü 250 milyon dollar həcmində kredit verəcək.

Buna da bax: AİB Azərbaycana 1.6 milyard dollar ayırır

Daha 150 mln dollar Azərbaycanı şimalda Rusiya və cənubda İranla birləşdirən 166 kilometrlik magistral yolun bərpasına nəzərdə tutulub.

“Aparılan islahatlar və "Şimal-Cənub" dəhlizinin dəstəklənməsi Azərbaycan dəmir yollarının davamlı inkişaf yoluna çıxmasına, xidmətlərin yaxşılaşdırılmasına kömək edəcək", - deyə AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Sean O'Sullivan bildirib.

Buna da bax: Asiya Bankının pulu ilə 4 körpü tikilib

Xatırlatma

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, Hindistan və İran arasında 2000-ci ildə bağlanıb. Azərbaycan da bu layihəyə 2005-ci ildən qoşulub.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistandan, Omandan dəniz vasitəsilə, daha sonra İran, Xəzər regionu, Rusiya və əks istiqamətdə yaradılacaq nəqliyyat-kommunikasiya magistrallarının cəmidir.

Bu il iyulun 1-nə olan rəsmi məlumata görə, Azərbaycanın xarici dövlət borcu 7172,6 milyon ABŞ dollara bərabərdir (122085 milyon manat).

Ancaq bu rəqəm istifadə edilən kreditlərlə bağlıdır. Bəzi ekspertlərin fikrincə, Azərbaycanın xarici borcu reallıqda daha çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG