Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:17

Asiya Bankının pulu ilə 4 körpü tikilib


Asiya İnkişaf bankı

Ağstafa rayonunda 4 körpü inşa edilib.

Bu barədə bu gün, noyabrın 11-i "Azəravtoyol" ASC açıqlama yayıb.

ASC vurğulayır ki, körpülər “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa edilib. Bundan ötrü Azərbaycanla Asiya İnkişaf Bankı arasında saziş bağlanıb. Körpülərin inşasına 2016-ci il yanvarın 15-dən başlanıb və işlər başa çatıb.

Məlumatda bildirilir ki, Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.

Buna da bax:​ AİB Azərbaycana 1.6 milyard dollar ayırır

"Bundan öncəki körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə inşa edilmişdi. Kür çayı üzərində yerləşən körpü isə 120 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib.

Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb. Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb”, – məlumatda vurğulanır.

Məlumatda qeyd edilir ki, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci km-də inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 metrdir:

“Yolun 17-ci km-də Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 m və 29.5 km-də Acıdərəçay üzərində tikilən körpünün uzunluğu isə 64 m-dir.

Ağstafa-Poylu-Düzqışlaq- Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 m-dir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir”.

Ancaq körpülərin neçəyə başa gəldiyi açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG