Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 01:07

Rusiya olimpiadayla bağlı qərarını verməyib


Rusiyanın Olimpiya Komitəsinin binası, 6 dekabr, 2017-ci il

Kreml Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarını təhlil edəcək. BOK Rusiyanı 2018-ci il Qış Olimpiya Oyunlarına buraxmamaq qərarını verib.

Kremlin sözçüsü Dmitry Peskov dekabrın 6-da ənənəvi mətbuat konfransında deyib ki, hər hansı addım atmamışdan “emosiyaları kənara qoymalı”, “ciddi təhlil aparmalıyıq”.

BOK dekabrın 5-də bildirib ki, Olimpiya antidopinq sisteminin “misli görünməmiş sistematik manipulyasiyası”na dair dəlillər aşkarlandığından Rusiya 9-25 fevral tarixində Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək olimpiadaya buraxılmayacaq.

Yarışlara fərdi idmançılar buraxılacaq, onlar “Rusiyadan Olimpiya Atletləri”, yaxud “OAR” kimi təqdim olunacaq. Qalib gələrlərsə, Olimpiya bayrağı qaldırılacaq və Olimpiya himni çalınacaq.

BOK bu qərarı çıxarmağa rusiyalı idmançıların dövlətin sponsorluğuyla dopinq qəbul etməsiylə bağlı araşdırmadan sonra vadar olub.

Putin daha öncə demişdi ki, Rusiyanın milli simvollar olmadan yarışmaya qatılması alçaldıcı olar. Ancaq Peskov BOK-un qərarından qabaq jurnalistlərə Rusiyanın boykot məsələsinin müzakirə olunmadığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG