Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Olimpiya məsələsində kim uduzdu, kim uddu


Rusiya prezidenti Vladimir Putin Soçi olimpiadasında, 2014-cü il
Rusiya prezidenti Vladimir Putin Soçi olimpiadasında, 2014-cü il

Dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanı gələn fevralda Qış Olimpiadasına buraxmamaq qərarını verdi.

“Associated Press” agentliyi bu qərardan dolayı heç bir tərəfin qalib olmadığını yazır.

BOK-un qərarı təmiz atletlər üçün qələbə, Rusiyanın antidopinq laboratoriyasının keçmiş direktoru Grigory Rodchenkov-dan ötrü qisas hesab oluna bilər. Vaxtilə aldatma mexanizminə kömək etmiş Rodchenkov bundan təngə gəlir və informasiya ötürücüsünə çevrilir, hazırda Birləşmiş Ştatlarda yaşayır.

*** Buna da bax: Rusiyanın 2018-ci il Qış Olimpiadasında iştirakı qadağan edildi

Bu qərar uzun müddət ədalətli yarışma qaydaları və normalarını gözardı etmiş rusiyalılar üçün cəza kimi də görülə bilər.

RODCHENKOV SƏKSƏKƏ İÇİNDƏ YAŞAYACAQ

Ancaq agentlik yazır ki, artıq törədilmiş cinayətlər, Soçi Olimpiadasında aldadılmış idmançılar o anı qaytara bilməyəcəklər, hətta BOK onlar üçün gələn fevralda Pxençanda xüsusi mərasim keçirsə belə.

Rodchenkov-un həyatı da daha əvvəlki kimi olmayacaq.

Təsəvvürə gəlinməyəcək əngəllər ortaya çıxır. O, ola bilsin ki, ailəsinə qovuşa bilməyəcək, Birləşmiş Ştatları da tərk edə bilməyəcək, hər gün də səksəkə içində gəzəcək”, – vəkili Jim Walden deyib.

Məqalədə BOK-un qərarının qurumun özünə də risk yaratdığı vurğulanır. Bir ssenari odur ki, Rusiya hərəkatdan tamamilə çıxa bilər. Bu halda, gələcəkdə ikinci böyük komandanın qatılmadığı Olimpiya oyunları necə görünər?

Cənubi Koreyada rusiyalılar yarışacaq. Onlara “Rusiyadan Olimpiya Atleti”, yaxud “OAR” deyiləcək.

*** Buna da bax: Kreml medallardan məhrum edilmiş Rusiya idmançılarının müdafiəsinə qalxır

YARIMÇIQ QƏLƏBƏ

Rusiyanın Olimpiya Komitəsinin prezidenti Alexander Zhukov bu adı “çox vacib” güzəşt adlandırıb. Görünür, BOK Soçi oyunlarına 51 milyard dollar xərcləmiş ölkəni tamamilə çıxdaş etmək fikrində deyil. Elə bütün qonaqlar da həmin oyunlarda aldadılmışdı.

Onlar Olimpiyaya Rusiya dəyərlərinin təbliğat yeri kimi baxırlar. Vankuver onlara utanc gətirdi, sonra qərar verdilər ki, 2014-cü ildə işlərin icra metodunu dəyişsinlər”, – beynəlxalq konsultasiya üzrə ekspert Steve Roush deyir.

“Associated Press” yazır ki, Rusiya Olimpiya bayrağı altında yarışmağa atlet göndərə bilər, ancaq bu qələbə yarımçıq görünür, çünki oyunlarda Rusiya bayrağı dalğalanmayacaq, himni səslənməyəcək, üstündə “Rusiya” yazılmış forma, yaxud medal cədvəlində adı olmayacaq.

Agentlik BOK-un qələbəsinin də böyük olmadığını vurğulayır. Sonucda “düzgün” olanı etdi, amma bir daha Rusiyanı sakitləşdirməyə cəhd göstərdi.

İdmanda dəhşətli bir hərəkət üçün ədalət təmin olundu, təmiz atletlərə yarışmaq fürsəti kimi böyük bir şans tanındı, Rusiyanın hərəkətlərinin incitdiyi şəxslərin qisası qismən alındı”, – ABŞ Olimpiya Komitəsinin idarə heyəti üzvü Steve Mesler BOK-un qərarını belə şərh edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG