Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:02

Rusiyanın 2018-ci il Qış Olimpiadasında iştirakı qadağan edildi


Beynəlxalq Olimpiya Komitəsi (BOK) dövlət tərəfindən dəstəklənən dopinq sistemindən istifadəyə dair iddialarla bağlı Rusiyanın 2018-ci ilin Qış Olimpiadasında iştirakını qadağan edib.

Lakin komitə bunu da bildirib ki, idman göstəricilərini yaxşılaşdıran preparatlardan istifadə etmədiklərini sübut edə bilən Rusiya idmançılarına yarışlarda Olimpiya bayrağı altında iştirak etmək icazəsi veriləcək.

Komitə idman tarixində dopinqdən istifadə ilə bağlı bu misilsiz qərarı qəbul etməzdən əvvəl bütün tərəflərin dəlillərinə qulaq asıb.

Bundan əvvəl Dünya Antidopinq Agentliyi (World Anti-Doping Agency - WADA) tərəfindən aparılmış təhqiqat və kimyəvi analizlər, habelə bir neçə sirr faş edən şəxsin ifadələri onlarca Rusiya idmançısına yarışların qadağan edilməsi ilə nəticələnmişdi.

Bu da iddia edilirdi ki, Rusiya rəsmiləri 2012-ci ildən, 2014-cü il Soçi Olimpiadası da daxil 2015-ci ilədək ölkənin Olimpiya idmançıları üçün xüsusi qapalı dopinq əməliyyatı sxemini həyata keçiriblər.

Rusiya rəsmiləri idmançılara dopinq verilməsində dövlətin hər hansı iştirakını təkzib edirlər.

Bir çox başqa ölkələrin Olimpiya komandaları Rusiyanın Olimpiadaya buraxılmasının məqsədəuyğunluğunu sual edirdilər.

Rusiya baş nazirinin müavini Vitali Mutko son anda komitəyə müraciət edərək demişdi: “Biz sağlam düşüncənin üstün gələcəyinə, BOK-un Nizamnaməsinə və təqsirsizlik prezumpsiyasının heç kim tərəfindən ləğv olunmadığna ümid edirik”.

Əvvəllər BOK bütöv bir ölkənin Olimpiadada iştirakını qadağan etməyib, sadəcə olaraq ayrı-ayrı idmançılar barəsində qərar çıxarılması üçün müzakirələri idman növü üzrə beynəlxalq federasiyalara həvalə edib.

Bir idmançını çıxmaq şərtilə, Rusiyanın Rio de Janeyroda keçirilən 2016-cı il Yay Olimpiadasının qaçış, tullanma, çəkictullama, habelə ağırlıqqaldırma yarışlarında iştirakı qadağan edilmişsdi. Rusiya bütün qalan idman növləri üzrə Olimpiadaya buraxılmışdı.

Lakin BOK Qış Olimpiadasına daha tələbkar yanaşmaq qərarına gəlib, beləki Rusiyaya qarşı əsas iddialar onun məhz 2014-cü il Soçi Qış Olimpiadasında iştirakı ilə bağlı idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG